Azərbaycanda bu ərzaq məhsulları bahalaşdı - SİYAHI 

Azərbaycanda bu ərzaq məhsulları bahalaşdı - SİYAHI 

Hazırda oxunan: Azərbaycanda bu ərzaq məhsulları bahalaşdı - SİYAHI 

74176

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4 %, qeyri-ərzaq məhsulları üzrə 106,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Qeyd edilib ki, bu ilin aprel ayında isə istehlak qiymətləri indeksi mart ayına nisbətən 101,0 %, ötən ilin aprel ayı ilə müqayisədə 113 % olub. 

Bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 %, əvvəlki ilin aprel ayına nisbətən 118,4 % təşkil edib. 
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın, ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Bu ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 %, əvvəlki ilin aprel ayına nisbətən 107,1 % təşkil edib 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO