Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfi (TÜRKSAV) bu il "19 May Türk Dünyası Diriliş Mükafatı" nı Azərbaycan Prezidenti İlham Əliyevə verib.
Bizim.Media xəbər verir ki, bu haqda Vəqfin İdarə Heyətinin sədri Yahya Akengin Türkiyə mətbuatına açıqlama verib.
Akengin, 1919-cu ildə Mustafa Kamal Atatürkün başlatdığı Türk dünyasının dirçəliş hərəkatının, Qafqazda işğalçı Ermənistana qarşı davam etdiyini deyib.
"2020-ci ildə Azərbaycan, türk xalqı İlham Əliyevin liderliyi ilə işğalçı erməni zehniyyətinə qarşı zəfər qazandı. Bu türk dünyasının ortaq zəfəridir. Zəfərə liderlik edən İlham Əliyevə bu mükafatı təqdim edəcəyimizdən şərəf duyacağıq",- o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:46 / 05.01.2021
Türk dünyası İlham Əliyevi ilin lideri seçdi
Hazırda oxunan: Türk dünyası İlham Əliyevi ilin lideri seçdi
Hazırda oxunan: Türk dünyası İlham Əliyevi ilin lideri seçdi
7408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.