Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Hazırda oxunan: Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

73938

Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 11-i saat 23 radələrində Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Yaşar oğlu Hacıyevin idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Quba rayon sakini, 1959-cu il təvəllüdlü Məhiyyədin Əliyevin idarə etdiyi “KamAz” markalı yük maşını toqquşub. Nəticədə “BMW” markalı minik avtomobilinin sürücüsü E.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO