Aygün Kazımova şəxsi həyatı BARƏDƏ:

Aygün Kazımova şəxsi həyatı BARƏDƏ: "Sevəndə işlərim dayanır" - VİDEO

Hazırda oxunan: Aygün Kazımova şəxsi həyatı BARƏDƏ: "Sevəndə işlərim dayanır" - VİDEO

73795

“Həmin şəxsi sədaqətli, vəfalı və cəsarətli olmalıdır. Qəlbinin gözəl olması da önəmlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.  

Şəxsi həyatı ilə bağlı suala cavab verən sənətçi hazırda diqqətini sevgiyə deyil, işinə ayırdığını açıqlayıb.  

“Sevgi məsələlərinə baxa bilmirəm, zamanım yoxdur. O səhifəni aça bilmirəm. Sevgi səhifəsini açanda işlərim dayanır. Bu səbəbdən işlərimlə bağlı olan səhifəni seçirəm”.  
Yeni layihələrindən söz açan pop diva MDB-də (Müstləqil Dövlətlər Birliyi) populyar olan prodüserlə işləməyə başladığını qeyd edib. A.Kazımova həmin şəxsin adını açıqlamasa da, onunla yeni layihələr üzərində işlər apardığını diqqətə çatdırıb.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO