Ağstafada 2 qardaşı bıçaqlayan şəxsə 18 il həbs cəzası verildi

Ağstafada 2 qardaşı bıçaqlayan şəxsə 18 il həbs cəzası verildi

Hazırda oxunan: Ağstafada 2 qardaşı bıçaqlayan şəxsə 18 il həbs cəzası verildi

73591

Ağstafa rayonunda qətl törətməkdə təqsirləndirilən Sabir Məmmədova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, 2021-ci il sentyabrın 12-i saat 23 radələrində rayonun Köçəskər kəndi ərazisində kənd sakinləri - Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfiq Zeynalovaya isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalara görə, 1986-cı il təvəllüdlü S.Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla həmkəndlisi, 1981-ci il təvəllüdlü Y.Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, onun qardaşı M.Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

S.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO