Edisin Bakıdakı konsertində yaşananlar - FOTO/VİDEO

Edisin Bakıdakı konsertində yaşananlar - FOTO/VİDEO

Hazırda oxunan: Edisin Bakıdakı konsertində yaşananlar - FOTO/VİDEO

73375

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur pop ulduzu Edis Görgülü Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi ötən gün və bu gün "Bakı Konqres Mərkəzi"ndə canlı konsert proqramı ilə çıxış edib.

Hitləri və sevilən mahnılarını arda-arda səsləndirən Edisi səhnədə peşəkar rəqqaslar və canlı ansambl müşayət edib.

Gənclərin sevgisi və rəğbətini qazanan pop ulduz oxuduğu mahnıların əksəriyyətini tamaşaçılarla birgə ifa edib. Anşlaqla keçən konsertdə Görgülü Azərbaycanın məşhur "Ayrılıq" mahnısını da ifa edib.

Çıxışında Bakıya aşıq olduğunu söyləyən ulduz Bakıda ev alacağı haqda düşündüyünü açıqlayıb.

Səhnədə tufan qoparan müğənnini seyr etməyə gələn pərəştişkarları alqışla qarşılayıb və alqışla da yola salıblar.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO