"Çelsi"nin yeni sahibləri onlardır

Hazırda oxunan: "Çelsi"nin yeni sahibləri onlardır

73190

İngiltərənin "Çelsi" klubunun yeni sahibləri bəlli olub. 

Bizim.MediaFoxsports”a istinadən xəbər verir ki, klub “LA Dodgers”in sahibi Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma satılacaq. 

Belə ki, iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtləri razılaşdırıb. 
Yatırılan ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək. 

Bundan əlavə, yeni sahiblər kluba əlavə 1,75 milyard funt sterlinq investisiya qoyacaqlar. Satışın mayın sonunda tam başa çatacağı gözlənilir. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivləri bloklanıb. Bu səbəbdən funksioner martın 2-də klubu satmaq niyyətində olduğunu açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO