“TikTok”da yazdığı nalayiq ifadələrə görə Vətən Müharibəsi iştirakçısını öldürən Əli Musayevin məhkəmədə verdiyi ifadə məlum olub.
Bizim.Media “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı Natiq Ramazanovu bıçaqlayaraq öldürən 40 yaşlı Ə.Musayev onun atasından üzr istəyib və Natiqin övladlarına baxa biləcəyini deyib.
O, məhkəmədə bildirib ki, hər şey “TikTok”dakı canlı yayımda başlayan mübahisədən sonra baş verib və Natiqi bıçaqlamaq fikri olmayıb.
Qeyd edək ki, Əli Musayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və ona doqquz il həbs cəzası verilib.
Öldürülən Natiq Ramazanov aktiv “TikTok” istifadəçisi olub. Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı leytenant rütbəsi alıb. Vətən Müharibəsinə könüllü yollanıb. N.Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.
Həbs edilən Əli Musayevin isə dini təriqət nümayəndəsi olduğu bildirilir.
Qətlə yetirildikdən bir ay sonra Natiq Ramazanovun ikinci övladı anadan olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 06.05.2022
“TikTok”dakı söyüşə görə qazini öldürən şəxs: “Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram”
Hazırda oxunan: “TikTok”dakı söyüşə görə qazini öldürən şəxs: “Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram”
Hazırda oxunan: “TikTok”dakı söyüşə görə qazini öldürən şəxs: “Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram”
73115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.