Lukaşenko:

Lukaşenko: "Qərb qoy rahat yatsın, müharibə etməyəcəyik” - VİDEO

Hazırda oxunan: Lukaşenko: "Qərb qoy rahat yatsın, müharibə etməyəcəyik” - VİDEO

72914

Aleksandr Lukaşenko dünyanın ən böyük xəbər agentliklərindən birinə - “Associated Press”ə müsahibə verib. 

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Yan Filips Belarus prezidenti ilə danışıqlar aparmaq üçün Minskə gəlib.

Əhatə olunan mövzulara Qərbin sanksiyalarının təzyiqi, Ukraynadakı vəziyyət, Rusiya ilə müttəfiqlik münasibətləri, prezident Zelenski haqqında fikirlər daxil edilib. Söhbət saat yarım davam edib. 
Belarus lideri müsahibəsi zamanı “Qərbdə müharibəyə başlamaq Belarusun maraqlarına qətiyyən uyğun gəlmir” fikirlərini səsləndirib.

“Biz heç kimi təhdid etmirik və heç kimi təhdid etməyəcəyik. Kimin bizə qarşı olduğunu bilsək də hədələmək prinsipi ilə getməyəcəyik. Ona görə də Qərbdə hansısa konflikt yaratmaq düşüncəsinə sahib deyilik. Bu baxımdan Qərb qoy rahat yatsın”, - Aleksandr Lukaşenko bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO