Zığ gölünün Xəzər dənizinə çıxışı tam bağlandı - Ekoloji təhlükə

Zığ gölünün Xəzər dənizinə çıxışı tam bağlandı - Ekoloji təhlükə

Hazırda oxunan: Zığ gölünün Xəzər dənizinə çıxışı tam bağlandı - Ekoloji təhlükə

72908

Abşeron yarımadasının əsas göllərindən sayılan Zığ gölünün Xəzər dənizinə çıxışı tam bağlanıb. 

Bizim.Media xəbər verir ki, göl ilə dənizi birləşdirən təxliyə kanalının içinə torpaq tökülərək doldurulub. Nəticədə Zığ qəsəbəsindən gölə axan məişət-sənaye sularının və yeraltı suların əhatəsi daha da genişlənib, ərazidə ekoloji təhlükə yaranıb.

Ərazidə yaşayan sakinlər deyirlər ki, kanalın içinin doldurulmasına ötən il başlanılıb. Onun hansı məqsədlə edildiyi isə sual doğurur.

Sakinlərin sözlərinə görə, xüsusilə sənaye suları onların həyatı üçün təhlükə yaradır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qəmbərov bildirib ki, kanalın bağlanması bataqlıqların yaranmasına və antisanitar vəziyyətə səbəb olub. 
Onun sözlərinə görə, Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ərazisinin abadlaşdırılması ilə bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanıb. 

Sərəncama uyğun olaraq 300 hektara yaxın ərazisi olan göldən istifadə və onun mühafizəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. 

Təsdiqlənən baş plana uyğun olaraq nazirlik bu istiqamətdə işlərə başlasa da, hazırda həmin kanalın bağlanması onların işinə mane olur. 

Bu səbəbdən 3 dəfə aidiyyəti qurumlara müraciət ünvanlanıb. Hazırda real addımlar atılmadığından gölün abadlaşdırılması və neft tullantılarından təmizlənməsi işləri həyata keçirilə bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO