Zəngəzur mahalında fars dili tədris olunacaq

Zəngəzur mahalında fars dili tədris olunacaq

Hazırda oxunan: Zəngəzur mahalında fars dili tədris olunacaq

72907

Ermənistanın cənub-qərbində yerləşən Zəngəzur (Sünik) vilayətinin yüksək vəzifəli rəsmiləri İranın bu ölkədəki səfiri ilə görüşdə vilayətin mərkəzində fars dilinin rəsmi şəkildə tədris ediləcəyini deyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı SEPAH-a yaxın "Fars" xəbər agentliyi məlumat yayıb. 

Qafan şəhərinin başçısı Gevork Parsiyan İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşdə bildirib ki, bu ilin sentyabr ayından etibarən Qafan şəhərinin məktəblərində fars dili tədris olunacaq. 

Onun sözlərinə görə, yaxın vaxtlarda bu şəhərdə İran konsulluğunun açılması da planlaşdırılır.

“Sünik” vilayətinin başçısı Robert Qukasyan isə bu barədə söyləyib:

"İranla əlaqələr Ermənistan, özəlliklə də “Sünik” üçün çox vacibdir. Ona görə də, bu vilayət ikitərəfli əlaqələri möhkəmləndirmək üçün əlindən gələni etməyə hazırdır".

İran və Ermənistan 9 ay əvvəl Qafanda konsulluğun açılması barədə razılıq əldə ediblər. Bədəxşan Zühuri də Tehranın “Sünikdən” keçəcək Şimal-Cənub dəhlizinin tikintisində maraqlı olduğunu vurğulayaraq, İran şirkətlərinin bu mühüm projenın tikintisində iştirak etmək istədiklərini deyib.
Qeyd edək ki, İran hökuməti Azərbaycan və Türkiyənin bütün bölgə ölkələrinin mənafeyini nəzərə alan və regiona davamlı sülh və sabitlik gətirəcək Zəngəzur dəhlizinə alternativ olaraq, Şimal-Cənub dəhlizi layihəsini irəli sürüb və Ermənistanla bu layihənin həyata keçirilməsi üçün dəridən qabıqdan çıxır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO