Bakıdan daha bir şəhərə birbaşa reys açılır - Həftədə bir uçuş

Bakıdan daha bir şəhərə birbaşa reys açılır - Həftədə bir uçuş

Hazırda oxunan: Bakıdan daha bir şəhərə birbaşa reys açılır - Həftədə bir uçuş

72891

“Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İordaniyanın paytaxtı Ammana birbaşa reys açır. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Bakı-Amman istiqamətində birinci reys mayın 10-da həyata keçiriləcək, Ammandan Bakıya qayıdış isə mayın 17-də nəzərdə tutulub.

Deməli reyslər hər həftənin çərşənbə axşamı günləri həyata keçiriləcək. 

Biletlərin ilkin satış qiyməti may ayı üçün 665 manat, iyun ayı üçün 869 manat, iyul ayı üçün isə 1 187 manatdır. 

Xatırladaq ki, birbaşa aviareysin açılması məsələsi bu il aprelin 4-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə keçirdiyi görüşdə müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO