Bakıda mənimsəmədə təqsirləndirilən Fariz Orucova hökm oxunub və o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib
Bizim.Media xəbər verir ki, bu barədə hökm Binəqədi Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
İttiham aktına əsasən, F.Orucov "Trion Trade" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, 3 sentyabr 2019-cu il tarixdən 15 yanvar 2021-ci il tarixədək olan dövr ərzində şirkətin 15 849 manat məbləğində pulunu mənimsəyib.
F.Orucovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-ci (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb (report).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 05.05.2022
Bakıda şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxıldı
Hazırda oxunan: Bakıda şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxıldı
Hazırda oxunan: Bakıda şirkətin pulunu mənimsəyən şəxsə elektron qolbaq taxıldı
72882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.