"Şahdəniz"də qaz hasilatı 18%-dək artdı

Hazırda oxunan: "Şahdəniz"də qaz hasilatı 18%-dək artdı

72874

Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 6 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 17,6% çoxdur. 

Bizim.Media-nın BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda təqribən 9 mln. barel kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,4% çoxdur.

Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarında aparılıb. 

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72 mln. (ildə 26 mlrd. artıq) standart kubmetrdir, bu da illik müqayisədə 24,1% çoxdur. 

Hesabata əsasən, yanvar-mart aylarında "Şahdəniz" üzrə fəaliyyətlərə 759 mln. dollar əməliyyat xərcləri və təxminən 88 mln. dollar əsaslı xərclər çəkilib. Xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub. 
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO