Sahib Alıyev xaricdə Azərbaycana qarşı fəaliyyət göstərənləri “kukla” ADLANDIRDI 

Sahib Alıyev xaricdə Azərbaycana qarşı fəaliyyət göstərənləri “kukla” ADLANDIRDI 

Hazırda oxunan: Sahib Alıyev xaricdə Azərbaycana qarşı fəaliyyət göstərənləri “kukla” ADLANDIRDI 

72873

“Son zamanlar bir sıra Avropa ölkələrinin insan alverinin yeni növünün təşkilatçısı kimi çıxış etdiklərinin şahidi oluruq”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.  

Deputat müxalifət adı altında xaricdə ölkəmizə qarşı fəaliyyət göstərənlərlə bağlı da sərt fikirlər səsləndirib:  
 

MÖVZU İLƏ BAĞLI:

“Moskva düşmənçiliyin əməkdaşlıqla əvəzlənməsini istəyirsə...” – Millət vəkilindən ETİRAZ


“Söhbət cinsi istismar edildiyinin fərqində olmayan, buna qazanc mənbəyi kimi baxan, aşağı sosial məsuliyyətlilərdən heç də fərlqənməyən yeni bir təbəqədən, eləcə də, hədəf ölkələrdə böhtanla silahlandırılaraq təhqir və söyüş kuklalarından gedir. Məncə, belələrini “qurban” adlandırmaq çətin olsa da, onlar adətən insan alveri qurbanlarının taleyini yaşayaraq, onların funksiyasını yerinə yetirirlər. 

Onların əksəriyyəti etnik və digər kimliklərini yanlış göstərən, müxalifətçi adı altında Avropa ölkələrinə gedənlərdir. Onlardan bəziləri deportasiya olunur, ən mənəviyyatsızlarından isə Azərbaycana qarşı olduğu kimi çirkin əməllər üçün istifadə olunur. Söhbət, mənəvi deqradasiyadan gedirsə, xaricdəki söyüş kuklaları aşağı sosial məsuliyyətlilərdən daha aşağıda dururlar”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO