Qubada atası tərəfindən öldürülən oğlanın anası danışdı - VİDEO

Qubada atası tərəfindən öldürülən oğlanın anası danışdı - VİDEO

Hazırda oxunan: Qubada atası tərəfindən öldürülən oğlanın anası danışdı - VİDEO

72671

Qubada atanın öz oğlunu öldürməsi barədə məlumat vermişdik. Mayın 2-də Ramazan bayramı günündə 35 yaşlı oğlu Sərrafı öldürən 57 yaşlı Nüsrət Vahabov artıq Quba rayon prokurorluğunda istintaqa cəlb edilib.

Bizim.Media xəbər verir ki, atasının həyatdan məhrum etdiyi Sərraf Vahabov ötən gün dəfn olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada mübahisə qanlı sonluqla bitdi - ÜRƏYİNDƏN BIÇAQLADI VƏ...


Mərhumun anası Çeşminaz Vahabova dəfn zamanı jurnalistlərə oğlunu həyat yoldaşının bıçaqla öldürdüyünü təsdiqləyib.

Bildirib ki, oğlu atasına bayram günü araq içməsinə görə etirazını bildirib. Hadisə də bundan sonra başlayıb və bir anın içində faciə olub. 

Heç bir şərh vermədən oğlunu itirmiş ananın dediklərini təqdim edirik. Hadisəyə hüquqi qiyməti isə Quba rayonunun hüquq-mühafizə orqanları verəcək.

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO