Rusiyanın bu şəhərindən Bakıya birbaşa uçuşlara BAŞLANILIR - Həftədə 1 reys

Rusiyanın bu şəhərindən Bakıya birbaşa uçuşlara BAŞLANILIR - Həftədə 1 reys

Hazırda oxunan: Rusiyanın bu şəhərindən Bakıya birbaşa uçuşlara BAŞLANILIR - Həftədə 1 reys

72641

Rusiyanın “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

Uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Novosibirskdən saat 13:00-da yola düşəcək, Bakıya 4 saat 20 dəqiqədən sonra 14:20-də çatacaq.

Heydər Əliyev Hava Limanından üçüş isə həmin gün saat 15:20-də, Tolmaçevo Hava Limanına eniş saat 22:20-də olacaq. Səyahət vaxtı ümumilikdə 4 saat çəkəcək. 
Bir tərəfə biletin qiyməti 27 685 rubldan (408 ABŞ dollardan) başlayır. 

Qeyd edək ki, hazırda “İrAero” Azərbaycan, Ermənistan, İsrail və Özbəkistana beynəlxalq uçuşlar həyata keçirməyə davam edir. Biletlər artıq satışdadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO