Tibbi maska tələbi ləğv edildi, bəs cərimələr?  

Tibbi maska tələbi ləğv edildi, bəs cərimələr?  

Hazırda oxunan: Tibbi maska tələbi ləğv edildi, bəs cərimələr?  

72550

Məlum olduğu kimi, mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib.  2 ildən sonra maskasız həyata geri qayıdan vətəndaşlar bu xəbəri böyük sevinclə qarşılayıb. Yazılan cərimələr isə hələ də mübahisəli mövzu olaraq qalır.  

Tibbi maskanın ləğvindən sonra, ona görə yazılan cərimələrin də ləğvi gözlənilirmi? 
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən maska cəriməsi ilə bağlı qalmaqala CAVAB


Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə, cərimələrin ləğv olunması gözlənilmir. O, Bizim.Media-ya açıqlamasında bu düşüncənin yanlış olduğunu bildirib: 

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) təşkil edir və 211-ci maddə inzibati xətalar məcəlləsindən çıxarılmadıqca tibbi maskalara görə tətbiq edilmiş cərimələrin də silinməsi hüquqi cəhətdən mümkün deyil". 

Hüquqşünas cərimələrin ödənilməsinin vacib olduğunu bildirib:  

"Qərar qüvvəsini alıbsa, onun icrası artıq məcburidir. Bugünə qədər protokol təyin olunduğu halda qərar yoxdursa, o halda qanunda bu qaydanın dəyişdirilməsi mümkündür. Faktiki olaraq bu gün cərimə olunanlarla bağlı qərar qəbul olunub və artıq əksəriyyətində icra olunmaqdadır. Buna görə də hər hansı qərarın ləğvi mümkün deyil və cərimələr ödənilməlidir", - deyə S.Axundov fikirlərini tamamlayıb.  

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO