DİN-dən partiya qərargahının qarşısındakı pilləkənin dağıdılması ilə bağlı AÇIQLAMA

DİN-dən partiya qərargahının qarşısındakı pilləkənin dağıdılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən partiya qərargahının qarşısındakı pilləkənin dağıdılması ilə bağlı AÇIQLAMA

72520

Daxili İşlər Nazirliyi (DİN) Vətəndaş İnkişaf Partiyasının (VİP) Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin yararsız hala salınmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yayıb.

Mənbə qeyd edir ki, VİP-in Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınması ilə bağlı əməldə siyasi motiv yoxdur:

"Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib.

Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.
Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO