Stolüstü tennisçilərimiz Türkiyədə təlim-məşq toplanışınadır - FOTO

Stolüstü tennisçilərimiz Türkiyədə təlim-məşq toplanışınadır - FOTO

Hazırda oxunan: Stolüstü tennisçilərimiz Türkiyədə təlim-məşq toplanışınadır - FOTO

72485

Stolüstü tennis üzrə milli komandamız Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Bizim.Media-ya bildirilib ki, Türkiyənin Yalova şəhərində təşkil olunan hazırlıq prosesində Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edirlər.

Komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçən toplanış mayın 6-dək davam edəcək. Seçmə komanda hazırlıq proqramına əsasən, daha sonra digər toplanışlara qatılacaq.
Qeyd edək ki, təlim-məşq toplanışının təşkilində əsas məqsəd komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığının təmin edilməsidir.

Xatırladaq ki, növbəti oyunlar avqustun 9-18-də Türkiyənin Konya şəhərində təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO