ATƏT-in minsk qrupunun Prezident İlham Əliyevin çıxışından sonra süqutu ərazidə maraqlı olan tərəfləri yeni addımlara sövq etdi. Rusiya həmsədr qismində çıxış edən İqor Xovayevi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, ABŞ isə Endryu Şoferi Qafqaz danışıqlarına dair baş məsləhətçi təyin etdi.
Bəs 30 illik ədaləti öz gücünə bərpa edən Azərbaycana bundan sonrakı danışıqlar üçün vasitəçi lazımdırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya müsahibəsi zamanı Milli Məclisin deputatı Arzu Nağıyev danışıb.
- Arzu müəllim, bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun süqutundan sonra maraqlı ölkələr başqa adlarla vasitəçi rolunu saxlamağa çalışır. Buna misal olaraq Rusiya və ABŞ-ı göstərə bilərik. Birbaşa təmasların olduğu bir zamanda vasitəçilərə ehtiyac varmı?
- Düşünürəm ki, ikitərəfli danışıqların müsbət tərəfi ondan ibarətdir ki, iki tərəfə aid olan məsələlər həll olunur. Üçüncü tərəf olanda isə burada üçüncü tərəfin marağları peyda olur.
Düzdür, Avropa İttifaqı (Aİ), Rusiya və digər dövlətlər öz potranajı altında bu problemləri çözməyə çalışırlar. Lakin son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə bir daha biz bunun bariz şahidi olduq ki, heç vaxt onlar deklarativ bəyanatlardan bir addım da kənara getmədilər. Baxmayaraq ki, üç dövləti təmsil edirdilər. Bu gün yaranmış stuasiyada, yaranmış vəziyyətdə birbaşa olaraq, onların da günahı var. Heç bir addım atılmadı.
- Görülməsi sadə olan işlər barədə də heç bir addım atmadılar. Ermənistana mina xəritələrinin verilməsinə görə təsir edə bilmədilərmi?
- Bəli, ermənilərin qurduqları blendajlar, digərləri haqqında hansısa məlumatı vermədilər. Əgər sülh olacaqdısa, bu boyda mina basdırılmasından üç dövlətin (Rusiya, ABŞ, Fransa) xəbəri olmadımı? Vasitəçilik missiyası – məlum məsələdir ki, öz maraqları çərçivəsində həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının (ABŞ) öz marağı, Rusiyanın öz marağı və Fransanın öz marağı var idi. Vəziyyət ümumiyyətlə dünyada dəyişir.
- Dünyada güc balansları dəyişir. Rusiya-Ukrayna müharibəsinin regiona təsirini necə dəyərləndirərdiz?
- Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, çox ciddi problemlər var. Regional təhlükəsizlik böyüyərək, beynəlxaql təhlükəsizliyə keçir. Ona görə də, hətta vasitəçilik missiyasından çıxış edəndə də, tək öz maraqları yox, böyük maraqları da nəzərə almalıdırlar. Burada da son vaxtlar, sizin də qeyd etdiyiniz kimi, öz nümayəndələrini təyin ediblər, görüşlər keçirməyə çalışırlar. Lakin missiyalarınıda həyata keçirəndə, konkret olaraq, “nə etməli?”, məsələsinə praktiki cəhətdən cavab verməlidirlər. Bu gün gündəmdə olan məsələ budur ki, Azərbaycan XİN-lə Ermənistan XİN arasında təmas var. Məsələ isə delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasıdır. Birinci şərt budur. Bunun biz praktiki şahidi olmalıyıq ki, ikitərəfli əlaqələr nə nəticə verdi?! Rusiyanın XİN-nin başçısının cənab prezidentlə görüşündə kommunikasiyaların açılması - istər Qazax istiqamətində, istər Zəngəzur dəhlizi və digər istiqamətdə - konkret bu işlərin praktiki həllini istəyirik. Mina xəritələrinin alınması və s.
Biz diqtə edən tərəfik, bu məsələləri öz gücümüzə həll edirik. Bunu həll ediriksə, bizə hansısa vasitəçi gərəkdirmi? Vasitəçi öz marağını güdməklə bərabər, regionunda, iki dövlətin də maraqlarını güdməlidir. Düşünürəm ki, birbaşa danışıqlar mühüm nəticə verə bilər.
- Biz sülhdən danışsaq da, Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində təxribatların şahidi oluruq. Ermənilər, daha doğrusu revanşistlər bu təxribataları nəyə hesablayıblar?
- Düşünürəm ki, ümumi maraq bundan ibarətdir ki, Ermənistan tərəfi status-kvo-nu saxlamaq istəyir. Son vaxtlar Qarabağ ərazisində, Azərbaycanın daxilində baş verən hadisələrdə bir daha görürük ki, Qarabağ klanı heç bir vəchlə öz prinsiplərindən əl çəkmək istəmir. Paşinyan hakimiyyətini devirmək üçün bu kanaldan istifadə edirlər. Ermənistan tərəfdən sərhəddə rus ordusu, qoşunu dayanır. Təxribatlarla çalışırlar ki, yenidən KTMT oyununu oynasınlar, onları cəlb etsinlər, hansısa atəş açılanda Rusiya qoşunları buna adekvat cavab versin. Lakin bu da alınmır. Çünki çox bacarıqlı və peşəkar formada, Azərbaycanın istər sərhəd qoşunları, istər hərbçiləri öz missiyalarını yerinə yetirirlər. Əvvəllər yalnız döyüş görürdük. Bu gün isə Azərbaycan hərbçisi həm diplomatik dildə danışa bilir, həm öz missiyasını informasiya müharibəsi çərçivəsində həyata keçirə bilir. Ciddi məsələlər var. Ermənistanın təxribata əl atmasının əsas səbəbi status-kvo-nu qoruyub saxlamaqdır.
- Arzu müəllim, müsahibəyə zaman ayırdığınız üçün təşəkkür edirəm.
- Mən də təşəkkür edirəm.
Tehran, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 03.05.2022
Arzu Nağıyev: “Bu gün Azərbaycan hərbçisi diplomatik dildə danışa bilir” - MÜSAHİBƏ
Hazırda oxunan: Arzu Nağıyev: “Bu gün Azərbaycan hərbçisi diplomatik dildə danışa bilir” - MÜSAHİBƏ
Hazırda oxunan: Arzu Nağıyev: “Bu gün Azərbaycan hərbçisi diplomatik dildə danışa bilir” - MÜSAHİBƏ
72446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.