Azərbaycanda ay göründü – RƏSƏDXANA bu barədə QMİ-yə məlumat verib

Azərbaycanda ay göründü – RƏSƏDXANA bu barədə QMİ-yə məlumat verib

Hazırda oxunan: Azərbaycanda ay göründü – RƏSƏDXANA bu barədə QMİ-yə məlumat verib

72389

Azərbaycanda Ayın görünməsi məsələsinə aydınlıq gətirilib. 

Şamaxı Astrofizika Rəsədxanasıdan Bizim.Media-ya bildirilib ki, bu gün məscidlərdə bayram namazının qılınması Ayın görünməsindən irəli gəlir. 

“Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq, ölkənin bütün məscidlərində bayram namazları qılınır. Biz əlavə şərh verə bilmərik”. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev də məsələyə münasibət bildirib. O, Şamaxı Rəsədxanası ilə əlaqə saxladıqlarını və Ayın göründüyünü söyləyib. 

Qeyd edək ki, bəzi din xadimləri Ayın görünmədiyini və bu səbəbdən bayramın mayın 3-də keçirilməli olduğunu söyləyirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO