Bakıda bayram namazı və Ramazan bayramlaşması - FOTOREPORTAJ

Bakıda bayram namazı və Ramazan bayramlaşması - FOTOREPORTAJ

Hazırda oxunan: Bakıda bayram namazı və Ramazan bayramlaşması - FOTOREPORTAJ

72372

Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramıdır. Ölkənin bütün məscidlərində bayram namazı qılınır. Bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da qılınıb. 

Bizim.Media əməkdaşının verdiyi məlumata görə, daha sonra, saat 10:00-da Təzə Pir məscidində bayram namazı qılınıb. Pandemiya qaydalarına uyğun olaraq məscidə toplaşanlar ara məsafəsini gözləməklə öz yerlərini tutublar. 

Bayram namazından sonra möminlər bayramlaşıb bir-birilərinə xeyir-dualarını çatdırıblar. 

Xatırladaq ki, ötən il koronavirusla əlaqədar olaraq ənənəvi bayram namazı məhdudlaşdırılmışdı.  
Qeyd edək ki, ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri qeyri-iş günüdür. 

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Bizim.Media-nın möminlərin namazından və bayramlaşmasından hazırladığı fotoreportajı təqdim edirik:

Alçina Amilqızı, Rəşad Orucoğlu, Bizim.Media






































 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO