Bakıda avtomobillə vurulan gənc komaya düşdü

Bakıda avtomobillə vurulan gənc komaya düşdü

Hazırda oxunan: Bakıda avtomobillə vurulan gənc komaya düşdü

72361

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın məlumatına görə, Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospekti ilə hərəkət edən “Toyota” markalı avtomobil yolu keçən, təqribən 25 yaşlarında olan piyadanı vurub. Sürücü yaralı şəxsi avtomobilinə qoyaraq xəstəxanaya çatdırıb.

“Toyota”nın sürücüsü bildirib ki, saatda 90 km /saat sürətlə hərəkətdə olarkən işıq dirəyinin arxasında gizlənən piyada özünü avtomobilin qarşısına atıb.

Hadisənin təfərrüatı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO