Rusiyalı müğənniyə 4 milyon qonorar verib, məclisdən qovdular - VİDEO

Rusiyalı müğənniyə 4 milyon qonorar verib, məclisdən qovdular - VİDEO

Hazırda oxunan: Rusiyalı müğənniyə 4 milyon qonorar verib, məclisdən qovdular - VİDEO

72349

Doğum günü məclisində iştirak etmək üçün Dubaydan Moskvaya qayıdan Rusiyanın pop ulduzu Yeqor Kridin başına iş gəlib.

Bizim.Media xəbər verir ki, 18 yaşlı bir qızın ad günündə çıxış etmək üçün 4 milyon rubl qonorar alan sənətçinin oxumasını başına qaxınc ediblər.

Gənc qızın anası müğənnini ifasına və özünü yuxarıdan apardığına görə məclisdən qovub. Baş verən bu hadisədən dərhal sonra musiqiçi "Twitter" hesabında canlı yayım açaraq orada baş verənləri izləyiciləri ilə bölüşüb.

“Bütün karyeramda, bütün yaradıcılıq həyatımda heç vaxt, belə bir vəziyyət olmayıb. Yeddi mahnı ifa etdim. Səkkizinci nömrə də isə qız rəqqaslar çıxış etdilər. Bundan istifadə edib, mən də özümə gəlmək üçün fasiləyə çıxdım. Sonra bir qadın gəlib qışqırmağa başladı: "Biz sizə niyə bu qədər pul veririk? Mən həmişə korporativ məclislərdə narahat oluram, çünki çox vaxt insanlar alkoqol içkilər içirlər. Lakin bu qadınlar açıq-aşkar spirtli içki qəbul etməmişdirlər".

Qəzəblənən qonaqlar müğənnini güya fonoqram oxuduğuna və razılaşdırılmış trekləri ifa etmədiyinə görə söyüblər.

Reperin sözlərinə görə, hadisədən 10 dəqiqə sonra doğum gününü qeyd edən qızın yaxınları onun soyunub-geyinmə otağına daxil olaraq, səhnəyə qayıtsa, daha çox pul ödəyəcəklərini bildiriblər.

Sənətçi təklifi qəbul etməyib, menecerdən bütün pulu qalmaqallı müştərilərə qaytarmasını istəyib və  dərhal sonra həmkarı Rusiyanın Xalq artisti Filip Kirkorovun Kremldəki konsertinə gedib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO