Hollivud aktyoru filminin azərbaycanca dublyajını paylaşdı - VİDEO

Hollivud aktyoru filminin azərbaycanca dublyajını paylaşdı - VİDEO

Hazırda oxunan: Hollivud aktyoru filminin azərbaycanca dublyajını paylaşdı - VİDEO

72201

Hollivud aktyoru Maykl Cey Uayt 2006-cı ildə çəkilmiş “Mübahisəedilməz 2” (Undisputed 2: Last Man Standing) filminin azərbaycanca dublyaj olunmuş  versiyasından kiçik fraqment paylaşıb.

Bizim.Media xəbər verir ki, aktyor sözügedən görüntüləri şəxsi instagram hesabında paylaşaraq fikirlərini bölüşüb:

“Filmlərimin başqa dillərə dublyaj edilməsi həmişə xoşuma gəlir. Çünki bu, personajların müxtəlif rənglərdə və əslən haradan olmasına baxmayaraq, insanlığımızın bizi birləşdirdiyini sübut edir. Bu, həm də qaradərililərin çəkildikləri filmlərin xaricə satılmadığına dair yanlış təsəvvürü aradan qaldırır”, - deyə o, şəxsi səhifəsində qeyd edib.

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO