Bu il Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsi köçürüləcək

Bu il Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsi köçürüləcək

Hazırda oxunan: Bu il Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsi köçürüləcək

72045

Bu il Kəlbəcər yaylaqlarına 20 mindən artıq arı ailəsinin köçürülməsi planlaşdırılır. Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. 

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatacaq. 

Bu gün təliməri başa vurmuş 13 arıçıdan ibarət 5 arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb.

Göygöl rayonu ərazisində keçirilən yola salma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının, Peşəkar Arıçılar İctimai Birliyinin rəhbərləri, Kəlbəcər rayonundan olan 150-dən çox arıçı fermer iştirak edib. 
2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı iləsi köçürülüb, bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır. 

Təsərrüfatların yaylaqlara köçürülməsi prosesi digər dövlət qurumları ilə koordinasiya edilir və xüsusi reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, ən azı 40 arı ailəsinə sahib olan, arı ailələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirərək subsidiya alan kəlbəcərli fermerlər öz rayonlarındakı yaylaqlara köç üçün müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO