Fəhlələri qanunsuz işlədən şəxslər cərimələndi: 166 min 800 manat...

Fəhlələri qanunsuz işlədən şəxslər cərimələndi: 166 min 800 manat...

Hazırda oxunan: Fəhlələri qanunsuz işlədən şəxslər cərimələndi: 166 min 800 manat...

71908

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilən yoxlamalarla 25 tikinti obyektində 56 nəfərin əmək və ya xidməti müqaviləsi olmadan çalışdığı aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 1 işəgötürən təşkilat barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Daha 14-ü haqqında ümumilikdə 166 800 manat inzibati cərimə tətbiq edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO