Madonna özündən 35 yaş kiçik rəqqas sevgilisindən ayrıldı

Madonna özündən 35 yaş kiçik rəqqas sevgilisindən ayrıldı

Hazırda oxunan: Madonna özündən 35 yaş kiçik rəqqas sevgilisindən ayrıldı

71743

Dünya pop səhnəsinin ulduzu 63 yaşlı Madonna 28 yaşlı rəqqas sevgilisi Ahlamalik Uilyamsdan ayrılıb.  

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, cütlük 3 il sürən münasibətə son qoyub.

İkili 2019-cu ildə görüşməyə başlayıb. Madonna vaxtaşırı sosial şəbəkələrdə sevgilisi ilə birgə çəkilişlərini yayımlayırdı. Son zamanlar pərəstişkarları arasında sevgililərin ayrılması ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.  

“Madonna özünü məşğul sosial həyata qərq edib və ayrıldıqdan sonra dostları və ailəsi ilə vaxt keçirir. Onun gərgin iş qrafiki var, qarşıdan gələn avtobioqrafik film və yeni musiqi üzərində işləyir” - deyə, ifaçının dostu nəşrə müsahibəsində bildirib.   
Qeyd olunur ki, 63 yaşlı Madonna və 28 yaşlı Uilyams qalmaqalsız ayrılıb və dostluq münasibətlərini qoruyub saxlayıblar.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO