Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirə yə təqdim olunub. Bildirilib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında fikirlərini bildiriblər.
Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s istiqamətlərdə çıxışlar ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:04 / 27.04.2022
Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirildi
Hazırda oxunan: Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirildi
Hazırda oxunan: Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirildi
71694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.