“Ermənistanla təmaslarımızda bəzi nəticələr var” - Ceyhun Bayramov 

“Ermənistanla təmaslarımızda bəzi nəticələr var” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Ermənistanla təmaslarımızda bəzi nəticələr var” - Ceyhun Bayramov 

71681

Azərbaycan və Gürcüstan arasında beynəlxalq çərçivədə də çox uğurlu əməkdaşlıq mövcuddur”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib. 

Nazir bildirib ki, bu koordinasiya gələcəkdə də davam etdiriləcək:

“Bu gün görüşdə azad edilən ərazilərlə bağlı son bir il ərzində həyata keçirilmiş layihələr, onların mövcud durumu, yaxın illərə olan planlarımız, məcburi köçkünlərin ora qayıdışı ilə bağlı layihələr qarşı tərəfə çatdırıldı.

Münaqişəyə son qoyulandan sonra bizim üçün prioritet məsələlərdən biri bölgədə davamlı sülhün təmin edilməsidir. Bununla bağlı da həmkarımla danışıqlar aparmaq imkanım oldu.
Artıq Ermənistan XİN-lə təmaslarımız nəticəsində bəzi nəticələrimiz var. Mənim artıq Ermənistanın xarici işlər naziri ilə 2 telefon danışığım olub. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın fəaliyyətə başlaması üçün artıq şərait mövcuddur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO