Bakıda əhalinin su təchizatı 2035-ci ilə qədər tam yaxşılaşdırılacaq

Bakıda əhalinin su təchizatı 2035-ci ilə qədər tam yaxşılaşdırılacaq

Hazırda oxunan: Bakıda əhalinin su təchizatı 2035-ci ilə qədər tam yaxşılaşdırılacaq

71680

"Azərsu" ASC tərəfindən Bakı şəhəri və Abşeronun içməli su təchizatı sisteminin 4-cü master planı icra edilir. Biz ikinci mərhələnin ortasındayıq. Amma təəssüf ki, bu gün icra vəziyyətimiz çox da qənaətbəxş deyil”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin departament rəisi Bahadur Kəngərli deyib.

Onun sözlərinə görə, master plan üç mərhələli dövrü əhatə edir: 

"Plan özündə 2035-ci ilə qədər əhali artımını və yarımadanın yaşayış məntəqələrinin inkişafını əks etdirir. Yəni bu dövrə qədər hər bir insan hər hansı bir qəsəbədə, yeni inşa olunmuş yaşayış binasında 24 saat fasiləsiz və öz tələbatına uyğun su ilə təmin olunacaq. 2035-ci ildə artıq planın hesabatlarına əsasən Abşeronda 4571018 əhalinin məskunlaşacağı ehtimal olunur. Plan da bu artıma uyğun qəbul olunub". 

Xatırladaq ki, sözügüdən master planın hazırlanmasının əsas səbəbi su Bakı və Abşeronda su təchizatı sisteminin mərkəzləşdirimiş qaydada yenidən qurulmasıdır.

2012-ci ildə hazırlanan plan 2035-ci ilə qədər dövrü əhatə edir. 2016-cı ildə plan bütün nazirliklər tərəfindən protokolla təsdiq olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO