Azərbaycan millisi Ermənistandakı yarışa qatılmayacaq

Azərbaycan millisi Ermənistandakı yarışa qatılmayacaq

Hazırda oxunan: Azərbaycan millisi Ermənistandakı yarışa qatılmayacaq

71679

Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.

ABF-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yığıncaqda 21 - 31 mayda Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib.

Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançıların boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində medallar qazanıb.
Onlar U-22-lərin qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ölkənin boks tarixinin 10 il əvvəlki rekordunu təkrarlayıblar. 

Gənc boksçular arasında Avropa birinciliyində isə komanda 3 illik fasilədən sonra yeni uğura imza ataraq çempionluq əldə edib. Yığma yarışı 1 qızıl və 1 bürünc medalla bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO