DİQQƏT: Sabah bu rayonlarda təbii qaz kəsiləcək

DİQQƏT: Sabah bu rayonlarda təbii qaz kəsiləcək

Hazırda oxunan: DİQQƏT: Sabah bu rayonlarda təbii qaz kəsiləcək

71574

Sabah Zərdab və Ucar rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media “Azəriqaz”a istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və siyirtmənin quraşdırılması ilə əlaqədar aprelin 27-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab”, “Lək” QPS-lərdən, “Zərdab asfalt beton zavodu” və “Ucar Pambıq emalı zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Zərdab rayonunun tam olaraq, Ucar rayonunun isə 8 kəndinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO