“Azərbaycanda elə bir ailə olmaz ki, bank borcları onu əzməsin”
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Sputnik” Azərbaycanda fəaliyyətini dayandırmalıdır” - Vahid Əhmədov
Millət vəkili fikirlərinin davamında faizlərin azaldılmasının vacibliyini vurğulayıb:
“Ərəb ölkələrini çıxmaqla, müsəlman ölkələrində faizlər çox yüksəkdir. Üstəlik, onların çoxu kasıb ölkələrdir. Halbuki, İslamda faİZ, sələm günah kimi qəbul olunur. Mərkəzi Banka yeni rəhbər təyin olunub. Olarmı ki, biz faiz dərəcələrini aşağı endirək. Cərimələri ləğv edək? Azərbaycan əhalisi bundan çox əziyyət çəkir”.
Murad Əhmədov, Bizim.Media