Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşünə hazırlıq gedir

Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşünə hazırlıq gedir

Hazırda oxunan: Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşünə hazırlıq gedir

71310

İran, Azərbaycan və Türkiyə XİN başçılarının növbəti görüşü Tehranda keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mətbuat konfransında bildirib.

Səid Xətibzadə bildirib ki, bu görüşün keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında çoxlu müştərək layihələr var: “İki ölkə arasında, xüsusilə son 10 ayda çoxlu müştərək layihələr haqqında razılıq əldə olunub. Ümid edirəm ki, tez bir zamanda bu müştərək layihələrin icrasının şahidi olacağıq”.
İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin gözlənildiyini bildirən Səid Xətibzadə qeyd edib ki, prezidentlərin də qarşılıqlı səfərləri üçün dəvət ünvanlanıb.

“Həm nazirlər və həm də digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri hazırda gündəmdədir. Ümid edirik ki, bu səfərlər əldə olunan sazişlərin icrasını daha da tezləşdirəcək”, - XİN rəsmisi vurğulayıb. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO