Zəngilan təxribatının SƏBƏBLƏRİ – Delimitasiya prosesini pozmaq cəhdi, yoxsa xarici sifariş?

Zəngilan təxribatının SƏBƏBLƏRİ – Delimitasiya prosesini pozmaq cəhdi, yoxsa xarici sifariş?

Hazırda oxunan: Zəngilan təxribatının SƏBƏBLƏRİ – Delimitasiya prosesini pozmaq cəhdi, yoxsa xarici sifariş?

71290

Xəbər verdiyimiz kimi, Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Martirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ermənistan tərəfinin Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə diplomatik kontaktlarının artdığı və sülh prosesinin inkişaf etdiyi bir vaxtda bu cür təxribata əl atmasının səbəbləri ilə bağlı müxtəlif variantlar irəli sürülür.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanıldı


Dövlət Sərhəd Xidmətinin açıqlamasına görə, bu hadisə Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlib.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Qabil Hüseynli qeyd edib ki, təxribatın əsas səbəblərdən biri də qondarma soyqırımın ildönümüdür:

“Ermənilər dünən ehtirasa gəlmişdilər. İrəvanın mərkəzində əllərində yandırıcı maddələrlə küçələrə çıxmışdılar. Eyni zamanda Rusiyadan da ermənilərə siqnallar gəlməkdədir. Paşinyan Moskvada Putinlə görüşərək, Qarabağ məsələsinə Azərbaycanın maraqlarına uyğun olmayan açıqlamalar vermişdilər. Digər tərəfdən qoca Bayden qondarma soyqırımla bağlı nələrisə çərənləmişdi. Ermənilər bunlardan vəcdə gələrək, belə addımlara yol veriblər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO