“Barselona” doğma meydanında uduzdu - VİDEO

“Barselona” doğma meydanında uduzdu - VİDEO

Hazırda oxunan: “Barselona” doğma meydanında uduzdu - VİDEO

71230

Aprelin 24-də futbol üzrə İspaniya La Liqasının XXI turundan təxirə salınmış görüşdə “Barselona” klubu “Rayo Valyekano”nu qəbul edib.

Bizim.Media  xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 7-ci dəqiqədə Alvaro Qarsiya vurub.

Qarşılaşmanın baş hakimi İsidro Dias de Mera matça 14 dəqiqə əlavə edib.

Bu məğlubiyyətdən sonra “Barselona” 33 oyuna 63 xalla 2-ci yerdə gedir. “Rayo Valyekano” 40 xalla 11-cidir. Turnir cədvəlinə 78 xalla “Real Madrid” başçılıq edir.


 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO