Ceyhun Qala: “Murad Arif mənim paxıllığımı çəkir” - VİDEO

Ceyhun Qala: “Murad Arif mənim paxıllığımı çəkir” - VİDEO

Hazırda oxunan: Ceyhun Qala: “Murad Arif mənim paxıllığımı çəkir” - VİDEO

71228

"Murad Arifin ictimai-sosial verilişi var idi. Ondan dəfələrlə sənət yoldaşı kimi xahiş etdim ki, bu mahnımı efirində səsləndir. Murad efirində səsləndirmədi. Bir gün ona söylədim ki, "Nəyə görə mahnılarımı öz efirində səsləndirmirsən?" cavab olaraq söylədi ki "Sənin oxuduğun o janr mənə uyğun deyil.

Oxuduğun "Sənə görə" mahnın uyğun idi, amma onun da artıq zamanı keçib". "Bəs sən bilirdin ki, o mahnım uyğundur, bəs niyə "play list"ə salmadın?" deyəndə, Murad "Başım qarışdı, yadımdan çıxdı" deyə, mənə cavab verdi".

Bizim.Media xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Ceyhun Qala "Şourum" verilişinə müsahibəsində deyib.

Həmkarı bəstəkar-müğənni Murad Ariflə aralarında yaşanan mübahisənin pərdəarxası məqamlarını ortalığa çıxardan Ceyhun qarşı tərəfi yıxıb-sürüyüb.

"Murad bu hərəkəti ilə sübüt etdi ki, mənim paxıllığımı çəkir. Murad hələ oxumurdu, aparıcılıq edirdi. Toya biz bir yerdə gəlirdik. Mən oxuyurdum, o isə aparıcılıq edirdi. Sonra müğənnilik fəaliyyətinə başlayanda eyni "bazar"da rəqabət yaranır.

O, sanki anlayır ki, onların mahnılarını efirdə səsləndirərək yaxşı ifaçıları göz önünə çıxartmayım. Onları önə çıxartsam o (Murad Arif) ziyandır. Ətrafımda olan bir sıra Azərbaycanda öz sözünü deyən sənət yoldaşlarım və dostlarım Murad Arif barədə mənim kimi eyni fikirdədirlər. Muradın öz televiziya kanalı olsa, istedadlı gənclərə yol verməz.

Kənarda gənclərə dəstək olması isə yalandır. O, çox istedadsız insanlara dəstək olur. Əgər istedadlıya şərait yaratsa, onu çox narahat edər. Muradın ailəcanlı olması, ailəsini sevməsini hər zaman alqışlamışam.  Lakin qalan məsələlərdə yox".

"Şourum"un qonağı olan Murad Arif Ceyhun Qalanın ittihamlarına efir vasitəsi cavan verib. O, həmkarı ilə yaşanan hadisəyə "Ceyhuna "ay can" demişəm. Ceyhun məndən özünə qarşı diqqət umur, diqqət gözləyir. Ola bilsin, mən də ona qarşı o diqqəti ona göstərməmişəm. Bu situasiyada özümü ondan daha çox qınadım.

Yəqin mən nə zamansa ona qarşı diqqətsizlik nümayiş etmişəm. Mənim belə səhvim olsaydı, başqa cür reaksiya göstərərdim. Hərə özünə uyğun min bir bəhanə fikirləşir. Hərə öz işinin yaxşı, pis, orta getməyində hökmən müxtəlif  bəhanələr fikirləşir. Mən belə bir açıqlama ilə heç zaman sizin zamanınızı almaram.

Əgər belə bir şey hiss etsəm də, bunu etiraf etmərəm. Zəng edib, özü ilə danışaram. Öyrənim ki, Ceyhunun problemi nədir. Belə çıxışlar etmək lazım deyil. Onun belə açıqlama etməyə ehtiyacı yoxdur. Yəqin Ceyhun düşünür ki, bu açıqlamalar ona nəsə verəcək. Əgər bizim sayəmizdə sən nəsə əldə edəcəksənsə, sənin yerinə sevinərəm".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO