Rusiyada institutda yanğın: Ölənlərin sayı 17-yə çatdı

Rusiyada institutda yanğın: Ölənlərin sayı 17-yə çatdı

Hazırda oxunan: Rusiyada institutda yanğın: Ölənlərin sayı 17-yə çatdı

71225

Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 17 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS Fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Dağıntılar arasından daha 6 cəsəd çıxarılıb və beləliklə ölənlərin sayı 17-yə çatıb.

Qeyd edək ki, aprelin 21-də baş verən yanğında 2 500 kvadrat metr ərazi yanıb. Xilasedicilər 98 nəfəri təxliyə edib, 54 nəfər xilas olunub.

İlkin ehtimala görə, hadisəyə elektrik şəbəkəsinin qəza rejimində işləməsi səbəb olub.

Yanğınsöndürənlər hadisə yerinə gec çatdığı üçün alovun miqyası genişlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO