İsrail körfəz ölkələri ilə birgə yeni dəmir yolu layihəsini icra etməyə hazır olduğunu qeyd edib. Layihə çərçivəsində İsrail körfəz ölkələrindən neft və digər xammal vasitələrini dünya bazarına təhlükəsiz daşınmasının təmin olunacağını bildirir.
Xatırladaq ki, əsas neft ixracatçıları olan körfəz ölkələri xam nefti tankerlər vasitəsilə dünya bazarına çıxarır.
MÖVZU İLƏ BAĞLI
2021-ci ildə İsrail İran körfəzində olacaq
Lakin son illərdə Somali və Yəmənda baş verən münaqişələr və dəniz quldurluğunun artması dəniz yollarını olduqca təhlükəli vəziyyətə gətirib. Bu məqsədlə regionda alternativ tranzit yollarına ehtiyac yaranıb.
Uzun illər alternativ tranzit xətti olacağı hesab olunan Hicaz dəmir yolu layihəsinin reallaşdırmaq üçün ərəb dövlətləri öz aralarında dəfələrlə müzakirələr aparıb. Lakin danışıqlar nəticə verməyib və layihənin reallaşması sual altına düşüb. Layihə eyni zamanda müsəlman ölkələri birləşdircəyi və aralarındakı qarşılıqlı əməkdaşlığı gücləndirəcəyi üçün bir sıra xarici qüvvələrin də narahatlığına səbəb olmuşdu.
İsrailin təklif etdiyi yeni dəmir yolu xətti isə Hicaz dəmir yolu xəttinə rəqib olacaq və körfəz ölkələrini İordaniyadan keçməklə İsrail və Aralıq dənizi ilə əlaqələndirəcək.
Analitiklər Təl-Əvivin çoxdan bəri arzuladığı körfəz ölkələri ilə dəmir yolu layihəsinin bölgə üçün iqtisadi və hərbi risklər yaratdığını, bu layihə ilə İsrailin bölgə ölkələri üzərindəki hegemonluğunu gücləndirməyi hədəflədiyini qeyd edirlər. Bu layihənin İsrailin neft kəməri və dəniz yolu layihələri kimi bölgəyə inteqrasiya etməyi planlaşdırdığı mühüm addımlardan biri olduğunu bildirilir.
Layihə həm də körfəz ölkələrini İsraildən iqtisadi cəhətdən asılı vəziyyətə gətirəcək. Bu da öz növbəsində bölgə üçün bir sıra təhlükəsizlik riskləri ilə nəticələnəcək.
Son illərdə İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin normallaşdırılması istiqamətində müqavilənin imzalanması Təl-Əvivə dəmir yolu vasitəsilə körfəz ölkələri ilə əlaqə yaratmaq üçün uzun müddətli layihəsini həyata keçirmək imkanı verib. Rəsmi Təl-Əviv dəmir yolu layihəsinin körfəz ölkələrini İordaniya üzərindən Avropa və ABŞ ilə əlaqələndirmək, məsafəni və xərcləri azaltmaq məqsədi daşıdığını iddia edir.
Digər tərəfdən layihə reallaşarsa, İsrail tərəfindən körfəz bölgəsinə hərbi texnika və vasitələrin çatdırılması işi olduqca asanlaşacaq və bölgədə İsrail hərbi varlığı daha uzunmüddətli olacaq.
Rəvan Əliyev, Bizim.Media