2021-ci ildə İsrail İran körfəzində olacaq

2021-ci ildə İsrail İran körfəzində olacaq

Hazırda oxunan: 2021-ci ildə İsrail İran körfəzində olacaq

7089

İsrail Hava Qüvvələri Komandanı Norkin yaxın zamanda Körfəz ölkələri ilə “ortaq” hərbi təlimlərin keçiriləcəyini qeyd edib.

İsrailin Maariv qəzetinin məlumatına görə, bu sözləri İsrail Hava Qüvvələri komandanı Amikan Norkin Veizmann Elmi Tədqiqat İnistutunda yeni il çıxışı zamanı bildirib. Norkin İsraillə Körfəz ölkələri arasıda diplomatik münasibətlərin yaxşılaşmasının böyük bir şans olduğunu qeyd edib.

Bu əməkdaşlığın daha da genişləndirilməsi və müxtəlif sahələri əhatə etməsi üçün mühüm işlərin görülməsinin zəruriliyini vurğulayıb.

Norkin eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinə yeni nəsil F-35 hərbi təyyarələrinin satışı haqqında da narahatlığını bildirib. Onun sözlərinə görə, İsrail üçün bölgədə digər dövlətlər tərəfindən yeni nəsil təyyarələrin istifadəsi çox da yaxşı hal deyil.

Çünki digər dövlətlər tərəfindən istifadə olunan F-35-lər asanlıqla ABŞ və İsraillə rəqabət içərisində olan və yeni nəsil texnologilayara maraqlı tərəflərin əlinə keçə bilər.

Analitiklərin fikrincə, İsrail Hava Qüvvələri Komandanının açıqlamalı yeni 2021-ci ildə İran körfəzinin dünyanın ən qaynar nöqtələrindən biri olacağının xəbərçisidir. Son aylarda İsrailin İran körfəzində hərbi varlığını artırması gərginliyi pik həddə qaldırmışdı. Körfəz ölkələri ilə ortaq hərbi təlimlərin icra olunacağı xəbəri isə bu gərginliyi daha da artıracağı ehtimal olunur.

Körfəzdə baş verən gərginliyin fonunda 2021-cil ilin ilk günlərdən etibarən İran üçün heç də asan keçməyəyini demək olar. Hətta bu il ərzində İrana qarşı ABŞ və İsrailin öndərliyində strateji hücumların həyata keçiriləcəyi də proqnozlaşdırılır. Silah embarqosunun sona çatmasından sonra İran bir sıra ölkələrlə silah-alış verişini bərpa edib.

ABŞ-ın nüvə sazişidən təktərəfli olaraq çıxması ilə də İranın bu istiqamətdəki fəaliyyəti nəzarətdən çıxıb.

ABŞ və İsrailin İranın nüvə məsələsini həll etmək üçün daha kokret və qısa həll variantları üzərində işlədikləri ehtimal olunur.

Bu həll variantları içərisində İranın nüvə infrasturkturunun hərbi müdaxilə ilə sıradan çıxarılması da yer alır.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO