“WhatsApp”da çoxdan gözlənilən YENİLİK - Ödənişli olacaq

“WhatsApp”da çoxdan gözlənilən YENİLİK - Ödənişli olacaq

Hazırda oxunan: “WhatsApp”da çoxdan gözlənilən YENİLİK - Ödənişli olacaq

70862

Məşhur mesajlaşma platforması “WhatsApp” ödənişli abunə sisteminin tətbiqinə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, “WhatsApp” hazırda biznes üçün funksiya üzərində işləyir.

Biznes profillərini təkmilləşdirmək üçün örtük şəkilləri yaratmaq qabiliyyətini buraxdıqdan sonra “WhatsApp” biznes hesablarına əlavə funksiyalar təklif etmək üçün yeni əlavə abunə planı üzərində işləyir.

Tətbiqdə sözügedən hesablar üçün “Qoşulmuş Cihazlar” bölməsi yenidən dizayn ediləcək və bu bölməyə abunə planı əlavə olunacaq.
Yeni funksiya sayəsində eyni “WhatsApp” biznes hesabı 4 fərqli cihazda açıla biləcək. Beləliklə, bir işdə dörd nəfər eyni şəxslə tək hesab vasitəsilə əlaqə saxlaya biləcək.

Normal şəraitdə 4 cihazı dəstəkləyəcək yeni funksiya, ödənişli abunə ilə 10-a qədər cihazı dəstəkləyə biləcək.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO