Brilliant Dadaşova gənc həmkarlarını QINADI: “Mərsiyə oxuyurlar” – VİDEO

Brilliant Dadaşova gənc həmkarlarını QINADI: “Mərsiyə oxuyurlar” – VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova gənc həmkarlarını QINADI: “Mərsiyə oxuyurlar” – VİDEO

70857

“Bizdə elə bir tendensiya yaranıb ki, gənclərimizin bir hissəsi “mərsiyə” tərzində dinləyib, oxuyurlar. Bir hissəsi də “mərsiyə” tərzində muğamlar oxuyurlar. Bəziləri xarici musiqiləri bilirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İTV-yə müsahibəsində deyib.

Sənətçi həmkarlarını “mərsiyə oxuyan ifaçı” adlandıraraq, onları tənqid edib:

“Belə olduğu halda bizim estrada musiqimiz tənəzzülə uğraya bilər. Məhz bu səbəbdən mən iyun ayının 1-də olan konsertimə bizim klassik Estrada musiqilərimizi oxumaq üçün bir sıra yanımda olan gənc ifaçıları səhnəyə çıxardacağam.

Onlara artıq tapşırıq vermişəm ki, hansı mahnıları ifa etsinlər. Siz və mən əl-ələ verib, zəngin mədəni irsimizi qorumalıyıq”.
Qeyd edək ki, B.Dadaşova iyunun 1-də ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında canlı solo konsert proqramı ilə çıxış edəcək.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO