Mingəçevirdə tələbəni qətlə yetirən ofisianta 10 il həbs cəzası verildi

Mingəçevirdə tələbəni qətlə yetirən ofisianta 10 il həbs cəzası verildi

Hazırda oxunan: Mingəçevirdə tələbəni qətlə yetirən ofisianta 10 il həbs cəzası verildi

70578

Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Kənan Osmanova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsinin hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 4-də Mingəçevir şəhəri ərazisində yerləşən “Miraj” kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, həmin kafedə ofisiant işləyən 2004-cü il təvəllüdlü K.Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı iş yoldaşı, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevə çoxsaylı bıçaqla qətlə yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, M.Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO