Hesablama Palatası 869 milyon manat pul silinməsi aşkarladı - Qurumlara şərt qoyulub

Hesablama Palatası 869 milyon manat pul silinməsi aşkarladı - Qurumlara şərt qoyulub

Hazırda oxunan: Hesablama Palatası 869 milyon manat pul silinməsi aşkarladı - Qurumlara şərt qoyulub

70573

“869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı isə məlum olub ki, həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. 

O bildirib ki, bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoyublar və bu vəsait büdcəyə bərpa olunmalıdır:

“Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO