Bakıda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycan Ordusunun hərbçiləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun telefonuna zəng edərək Azərbaycan Ordusunu və Azərbaycan xalqını Qarabağ zəfəri ilə təbrik edib:
“Can Azərbaycan Respublikasının Prezidenti qardaşım İlham Əliyev 44 gündə zəfərə imza atdı. Dağlıq Qarabağın və işğalda olan Azərbaycan torpaqlarının azad olunması uğrunda əldə etdiyi zəfərə görə Azərbaycan Ordusunu təbrik edirəm".
"Bu zəfər azərbaycanlı qardaşlarımız kimi bizi də sevindirdi və qürurlandırdı. Bakının Azadlıq meydanındakı zəfər paradında da Azərbaycan xalqını təbrik etdim”.
Bizim.Media