Pele yenidən xəstəxanaya yerləşdirildi

Pele yenidən xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Pele yenidən xəstəxanaya yerləşdirildi

70479

Dünya futbolunun canlı əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, üçqat dünya çempionu əvvəllər kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı Albert Eynşteyn xəstəxanasına aparılıb.

82 yaşlı braziliyalı keçmiş futbolçu həkim nəzarətindədir. Onun həyatı üçün heç bir təhlükə yoxdur. 

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində Pele infeksiyaya görə müalicə olunduqdan sonra xəstəxanadan buraxılmışdı. O, daha əvvəl yoğun bağırsağındakı şişə görə əməliyyat olunub. Son illərdə Pele bir sıra ciddi sağlamlıq problemləri yaşayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO