“Qaradağ Lökbatan” Azərbaycan ÇEMPİONU OLDU

“Qaradağ Lökbatan” Azərbaycan ÇEMPİONU OLDU

Hazırda oxunan: “Qaradağ Lökbatan” Azərbaycan ÇEMPİONU OLDU

70457

Azərbaycan 1-ci divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, “Qaradağ Lökbatan” 22-ci turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb.

Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib. Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO