Ümümdünya Səhiyyə Təşkilatından (ÜST) pandemiya ilə əlaqədar 2021 və daha sonrakı illər üçün qorxunc açıqlama gəlib. ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə 2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq, nəinki 2021-ci ildə, sonrakı illərdə də epidemioloji dövran davam edəcək.
Dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamağa çağıran ÜST rəsmisi bundan sonrakı epidemiyaların da həyatımızın reallığına çevriləcəyini vurğulayıb.
Bir neçə ay əvvəl isə Ümümdünya Səhiyyə Təşkilatı dünya dövlətlərinə “Karantin etməyin!” deyə gözlənilməz çağırış etmişdi. Baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi.
ÜST-ün təzadlı çağırışlarının arxasında nə dayanır?
Tanınmış həkim-nevroloq Qalib Əsədov Bizim.Media-ya açıqlamasında pandemiyanın bundan sonra da davam edəcəyini deyib:
“Əslində ÜST normal bəyanat verib ki, pandemiya nə yeni, nə də son olacaq. Bəşəriyyət və insanlıq tarixi yaranandan insanlar üç səbəbdən – müharibə, xəstəlik və aclıqdan ölüb. Elmin inkişafı nəticəsində biz aclığın qarşısını ala bilmişik. Bu gün insanlar aclıqdan daha çox toxluqdan əziyyət çəkirlər. Hazırda diyeta məsələsi dəbdədir. Tarix boyu hər 50-60 ildən bir pandemiya olub və olacaq.
Viruslar mutasiyaya uğrayır və burada qorxulu nəsə yoxdur. Sadəcə olaraq tibb qurumları buna hazır olmalı, Azərbaycandakı kimi kollabs vəziyyətinə gətirib çıxarmamalıdır.
Səhiyyə sisteminin bu gün çox ciddi islahatlara ehtiyacı var. Azərbaycandakı kimi insanları 10 ay qapatmağa ehtiyac yoxdur.
Müvafiq pereparat və dərmanlarla ölkə təmin olunmalıdır. Belə bir misal var ki, əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş. Əgər biz insanların az ölməsini, növbəti virus hücumlarından, infeksiya və digər xəstəliklərdən ölməsini istəmiriksə, səhiyyə sistemində ciddi dəyişikliklər etməliyik. Səhiyyə sistemində əyri yolların qarsını almalı, əyri əlləri isə kəsməliyik”.
Həkim əlavə edib ki, virus, infeksiya idarə olunan deyil və onu idarə etmək iqtidarında deyilik:
“Virusun mutasiyası da özbaşına baş verir. ÜST dəfələrlə deyib ki, “Karantin etməyin”. Karantin əsasən bir ay və ya 40 gün çəkən prosesdir. Azərbaycanda karantini 10 ay edib, durumu bu vəziyyəyə gətirdilər. Tədbir görülmür deyə uzadılır.
İş görülmür deyə məsuliyyəti vətəndaşın üzərinə qoyuruq və onu evdə həbs edirik. Bu öz iş bacarıqsızlığını ört-basdır etməkdən başqa bir şey deyil. Böyük Britaniyada virusun yeni ştammı yayılıb. Hökumət isə insanların küçədə olmasına qərar verib”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
16:58 / 31.12.2020
ÜST-ün ikili oyunu, yoxsa idarə olunmayan təhlükə? – “Səhiyyədəki əyri əlləri kəsməliyik”
Hazırda oxunan: ÜST-ün ikili oyunu, yoxsa idarə olunmayan təhlükə? – “Səhiyyədəki əyri əlləri kəsməliyik”
Hazırda oxunan: ÜST-ün ikili oyunu, yoxsa idarə olunmayan təhlükə? – “Səhiyyədəki əyri əlləri kəsməliyik”
7037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.